5 milyon avroluq hücumçu ÇL-də rekorda imza atdı

“Zalsburq” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Napoli” ilə qarşılaşıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, görüşdə 2:3 hesabıyla məğlub olan Avstriya təmsilçisinin futbolçusu Erlinq Haland rekorda imza atıb.

“Napoli” ilə oyunda dubl edən norveçli hücumçu, ÇL-də debüt etdiyi mövsümdə vurduğu qollarının sayını 6-ya çatdırıb. Haland bununla da, Çempionlar Liqasında ilk 3 oyununda 6 qol vurmağı bacaran ilk futbolçu olub.

19 yaşlı forvard bu yay Norveçin “Molde” klubundan 5 milyon avro qarşılığında “Zalsburq”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button