
“Liverpul”un yeni baş məşqçisi müəyyənləşdi
“Liverpul” baş məşqçi vəzifəsinə Andoni İraolanı təyin edib.
Komanda.az xəbər verir ki, 43 yaşlı ispan mütəxəssis bu postda Arne Slotu əvəzləyib.
O, “qırmızılar”la 2 illik müqavilə imzalayıb.
İraola 2023-cü ildən “Bornmut”a rəhbərlik edirdi. O, daha əvvəl “AEK” (Larnaka), “Mirandes” və “Rayo Valyekano” komandalarını da çalışdırıb.
“Liverpul” 2025/26 mövsümünü titulsuz başa vurub. Komanda Premyer Liqanı 5-ci pillədə bitirsə də, əlavə vəsiqə sayəsində UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



