Qara Qarayev: “Heç kimə heç nəyi sübut etmək fikrimiz yoxdur” – Müsahibə

“Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Kiprin APOEL klubu ilə qarşılaşacaqları oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Qarayev, jurnalistlərlə görüşdə bunları deyib:

  • Komanda olaraq yaxşı hazırlaşmışıq. İtkilərimiz yoxdur. Futbolçular üçün önəmli olan sabahkı oyuna həm psixoloji, həm də fiziki hazır olmaqdır. Çalışacağıq ki, azarkeş amilindən istifadə edib, qələbə qazanaq.
  • Psixoloji olaraq, eyni komandaya qarşı üçüncü dəfə oynamaq necə hissdir?
  • APOEL də bizi yaxşı təhlil edib. Bu oyunda fərqləndirəcəyimiz şey, azarkeşlərimizin qarşısında oynamaqdır. Başqa hallarda, komandalar bir-birlərini yaxşı tanıyır.
  • Lüksemburqdakı dron məsələsi komandanın futbolçularında qıcıq və xüsusi motivasiya yaradırmı?
  • Biz idmançı olaraq siyasətə qarışmaq istəmirik. Biz Azərbaycanı, Qarabağı təmsil edirik. Belə çirkin işlərə, əməllərə fikir vermirik. Öz nailiyyətlərimizlə onlara cavab veririk. Qarabağ bizimdir, mənim olan şeylərə görə niyə qıcıq olmalıyam? Onların deyil deyə, belə edirlər, qıcıq olurlar. Heç kimə heç nəyi sübut etmək fikrimiz yoxdur. Lüksemburqda bir əski parçasını gətirib, meydana çıxarmaq özü gülünc bir şeydir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button