Türkiyə millisində 3 itki – Fransa ilə oyundan əvvəl
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Fransa millisi ilə qarşılaşacaq Türkiyə yığması ciddi itkilərlə üzləşib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, millinin kapitanı Əmrə Belözoğlu, eyni zamanda Abdulkadir Parmak və Efecan Karacan Fransa yığması ilə oyunda meydanda olmayacaqlar. Hər üç futbolçunun zədə səbəbiylə bu oyunu buraxacağı deyilir.
Fransa – Türkiyə oyunu sabah, saat 22:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin