14 yaşlı azərbaycanlı şahmatçı dünya çempionu oldu
Azərbaycanın yeniyetmə şahmatçısı Aydın Süleymanlı dünya çempionu adını qazanıb.
Komanda.az xəbər verir ki, o, Hindistanın Mumbay şəhərində keçirilən çempionatda 14 yaşlıların yarışında birinci olub.
Süleymanlı 11 oyunun 7-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. Ümumilikdə 9 xal toplayan Süleymanlı bütün rəqibərini üstələyib.
Aydın Süleymanlı 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasındakı Avropa çempionatının da qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin