“Monako” “sükan”ı Filipe Luisə tapşırdı – Rəsmi

Filipe Luis “Monako”nun yeni baş məşqçisi olub.

Komanda.az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

40 yaşlı braziliyalı mütəxəssislə 2028-ci ilin iyununa qədər olan müqavilə imzalanıb.

Luis daha əvvəl 2023-cü ildə futbolçu karyerasını başa vurduğu “Flamenqo”ya (2024-2026) rəhbərlik edib. Braziliya millisinin keçmiş oyunçusu “Atletiko”, “Çelsi” və “Deportivo” kimi tanınmış komandalarda da çıxış edib.

“Monako”nun əvvəlki baş məşqçisi 2025-ci ilin oktyabrından iyunun 1-dək komandaya rəhbərlik edən Sebastyan Pokonyoli olub. Komanda 2025/2026 mövsümündə 54 xalla Liqa 1-də yeddinci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button