Kasadoya Səudiyyə Ərəbistanından rəsmi təklif var

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu daha çox oyun praktikası qazanmaq istədiyi üçün Kataloniya klubunu tərk etməyə hazırdır. “Barselona” isə yarımmüdafiəçini 30 milyon avro qarşılığında buraxmağa razıdır.

Kasadoya Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan rəsmi təklif var. Ancaq ispaniyalı futbolçu qərar verməyə tələsmir. O, maliyyə baxımından sərfəli təklif alsa da, idman baxımından daha uyğun variantı seçmək niyyətindədir.

Bildirilir ki, Kasado Avropa klublarından təklif gözləyir. Onun xidmətində “Milan” da maraqlıdır. “Barselona” futbolçunun gələcəyinə iyulun 13-dək – komanda məzuniyyətdən qayıtmamışdan əvvəl aydınlıq gətirmək istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button