
Pulişiçə yeni müqavilə təklif olunacaq
“Milan” hücumçusu Kristian Pulişiçlə yeni müqavilə imzalamaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda illik 4,5 milyon avro qazanan amerikalı futbolçu maaşının 7-8 milyon avroya qaldırılmasını tələb edir. Tərəflər razılığa gəlsələr, oyunçu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalanacaq.
Bununla yanaşı, Pulişiçin daha əvvəl “Nyu York Siti”dən sərfəli təklif aldığı da qeyd olunur. MLS təmsilçisi futbolçuya mövsümə görə təxminən 10 milyon avro maaş ödəməyə hazırdır.
27 yaşlı vinger ötən mövsüm bütün turnirlərdə 34 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Milan”la hazırkı müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



