
Fransa prezidentindən Mbappeyə dəstək
Fransa prezidenti Emmanuel Makron, 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Paraqvay millisi ilə matçdan sonra mübahisənin mərkəzində qalan Fransa yığmasının hücumçusu Kilian Mbappeni dəstəkləyib.
Paraqvaylı futbolçular matçboyu Mbappeni təxribata çəkməyə çalışıblar. Qarşılaşmadan sonra fransalı hücumçu rəqib oyunçularla əl sıxmaqdan imtina edib. Buna cavab olaraq Paraqvay millisinin qapıçısı topu onun kürəyinə atıb.
Bundan başqa, paraqvaylı siyasətçi Seleste Amarilla Mbappe barədə irqçi məzmunlu təhqiramiz ifadələr işlədib, onu “anasının südü əvəzinə kakos əmən kamerunlu” adlandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Makron, sosial şəbəkə hesabında futbolçuya dəstək verərək bunları yazıb:
“Kilian Mbappe üçün daha bir qol – bu dəfə irqçiliyə qarşı. Ona tam dəstəyimi ifadə edirəm. Çirkli sözlər işlədiləndə, bizim cavabımız dəyərlərimiz olur: ləyaqət, hörmət və qardaşlıq”.
Fransa millisi Paraqvayı 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu Mbappe penaltidən vurub. Didye Deşamın rəhbərlik etdiyi yığma komanda 1/4 finalda Mərakeş millisi ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



