
“Qarabağ”ın sabiq futbolçusu “Əl-Feyha” ilə yollarını ayırdı
“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Feyha” ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti yenilənməyib.
Yassin Benzia 2023-cü ilin yanvarından 2025-ci ilin yayınadək “Qarabağ”ın formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



