
Cerrard: “İnanılmaz dərəcədə xoşbəxtəm”
“Liverpul”un sabiq futbolçusu Stiven Cerrard klub tarixinin ən yaxşı oyunçusu seçilməsinə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş yarımmüdafiəçi bunu deyib:
“Bu, mənim üçün böyük şərəfdir. İnanılmaz dərəcədə xoşbəxtəm. Çox sağ olun. Bu ailənin bir hissəsi olduğum üçün qürur duyuram. Azarkeşlərin məni belə qiymətləndirməsi mənim üçün çox şey ifadə edir”.
Seçim klubun 134 illik tarixinə dair statistik göstəricilərin təhlili, azarkeşlər arasında keçirilən səsvermə və “Liverpul”un əfsanəvi simalarının rəyləri əsasında tərtib olunub. Səsvermədə 1,35 milyondan çox insan iştirak edib. Siyahı formalaşdırılarkən futbolçuların “Enfild”də çıxış etdikləri dövrdəki ustalığı, oyuna təsiri, qoyduqları miras və qazandıqları uğurlar nəzərə alınıb.
Cerrard 1998–2015-ci illərdə “Liverpul”un formasını geyinib. O, komandanın heyətində ümumilikdə 186 qol vurub. Sabiq futbolçu İngiltərə millisində isə 114 oyunda 21 qola imza atıb.
Bizi Facebook-da izləyin



