
Çempionlar Liqası: “Sabah” bu gün ilk oyununa çıxacaq
“Sabah” bu gün UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda turnirin 1-ci təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS klubunu qəbul edəcək.
Matç Masazırdakı “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi polşalı Patrik Qriskieviç olacaq.
Tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



