
DÇ-2026: “Daha güclü komanda olduğumuzu sübut edəcəyik”
İspaniya millisinin yarımmüdafiəçisi Rodri Hernandes Portuqaliya yığması ilə keçiriləcək dünya çempionatının 1/8 final oyunu barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Çətin rəqiblə qarşılaşacağıq. Komandalar bir-birini yaxşı tanıyır. Portuqaliya millisinin çox güclü futbolçuları var. Növbəti mərhələyə yüksəlmək üçün ən yaxşı oyunumuzu göstərməliyik. Meydanda daha güclü komanda olduğumuzu sübut edəcəyik”.
Portuqaliya – İspaniya görüşü iyulun 6-da keçiriləcək. Oyun saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



