Keyruş Qana millisinin baş məşqçisi postundan ayrıldı

Portuqaliyalı mütəxəssis Karluş Keyruş Qana milli komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.

Komanda.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

73 yaşlı mütəxəssis komandanın dünya çempionatındakı çıxışından qürur duyduğunu, amma daha böyük uğurlar əldə edə bilmədiklərinə görə müəyyən məyusluq hiss etdiyini bildirib.

Qana millisi 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Kolumbiyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Keyruş 2026-cı ilin aprelindən Qana millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda qrup mərhələsində Panama üzərində 1:0 hesablı qələbə qazanıb, Xorvatiyaya 1:2 hesabı ilə uduzub, İngiltərə ilə isə qolsuz heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button