DÇ-2026: Norveçlilər Braziliya millisini evə göndərdi

Futbol üzrə dünya çempionatında Norveç millisi Braziliyanı məğlub edib.

Komanda.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər.

Norveçin heyətində Erlinq Haland (79, 90) dubl edib. “Sambaçılar”ın təsəlli qoluna isə 90+10-cu dəqiqədə penaltidən Neymar imza atıb.

Bu qələbə ilə 1/4 finala yüksələn Norveçin rəqibi Meksika – İngiltərə cütünün qalibi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button