
Deşam: “Siz Mbappeni diktator kimi təsvir edirsiz”
Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu Kilian Mbappe haqqında formalaşdırılan mənfi ictimai imici tənqid edib.
Fransalı futbolçu “Real”da komanda yoldaşı Vinisius Juniorla yaşadığı münaqişədən sonra klub azarkeşlərinin tənqidi ilə üzləşib. Bəzi azarkeşlər hətta onun komandadan ayrılmasını tələb ediblər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi isə bu fikirlərlə razı olmadığını bildirib:
“Siz Kilian Mbappeni diktator kimi təsvir edirsiz… Amma əslində bu, tam əksidir. Onun ictimai imici tamamilə yalandır. Mbappe həmişə yetkin bir insan olub və bütün komanda onun yolunu izləyir”.
Mbappe dünən keçirilən dünya çempionatının 1/8 final oyununda Paraqvay yığmasına qarşı matçda yeganə qolu penaltidən vuraraq Fransa millisinin 1:0 hesablı qələbəsinə və 1/4 finala yüksəlməsinə kömək edib. Komanda növbəti mərhələdə Mərakeş yığması ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



