
“Real”ın satmaq istədiyi futbolçular
“Real” bu yay heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid təmsilçisi yayın əvvəlində bir neçə səs-küylü transfer reallaşdırsa da, artıq diqqəti futbolçu satışına yönəldib.
Klub rəhbərliyi hesab edir ki, hazırkı heyətdə oyunçuların sayı həddindən artıq çoxdur. Bu səbəbdən, satışlar baş tutmayınca yeni transferlər həyata keçirilməyəcək.
“Real”dan ayrıla biləcəyi gözlənilən futbolçular arasında Eduardo Kamavinqa, Orelyen Tçuameni, Dani Sebalyos, Raul Asensio və Fran Qarsiya var. Ancaq futbolçuların özləri komandadan ayrılmağa həvəsli deyillər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



