
Kunde “Mançester Yunayted”ə təklif olunub
“Mançester Yunayted”ə “Barselona”nın müdafiəçisi Jül Kundeni transfer etmək imkanı təklif edilib.
Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
“Barselona” 27 yaşlı futbolçu üçün 60 milyon avrodan çox məbləğ tələb edəcək. Ancaq “Mançester Yunayted” hələlik bu transferə ciddi maraq göstərmir. Çünki İngiltərə klubu üçün əsas prioritet sol cinah müdafiəsini gücləndirməkdir.
Fransalı oyunçu 2022-ci ildən “Barselona”nın formasını geyinir. O, ötən mövsüm baş məşqçi Hans-Diter Flikin komandasında bütün turnirlər daxil olmaqla 47 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



