
Mourinyo: “Barselona”ya qarşı oynamaqdan zövq alıram”
“Real”ın yeni baş məşqçisi Joze Mourinyo keçmiş komandasına qayıtmaq qərarının səbəblərindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 11-də rəsmən təyinatı açıqlanan portuqaliyalı mütəxəssis “Real”a olan sevgisinin bu qərarda əsas rol oynadığını bildirib:
“Mən “Real”ı sevdiyimi inkar etmirəm və məhz buna görə geri qayıtdım. Amma “Barselona”ya qarşı heç bir neqativ hissim yoxdur. Sadəcə, bu komandaya qarşı oynamaqdan zövq alıram. Çünki ən güclülərlə mübarizə aparmağı sevirəm. Ən yaxşılarla oynayanda özün də daha yaxşı olursan. “Real” dünyanın bir nömrəli klubudur, “Barselona” isə ən güclülərdən biridir”.
Mourinyo ilk dəfə 2010-2013-cü illərdə Madrid komandasına rəhbərlik edib. 67 yaşlı mütəxəssis uzun fasilədən sonra yenidən “kral klubu”nun “sükanı arxasına” keçib.
Bizi Facebook-da izləyin



