
“Real” argentinalı futbolçunu icarəyə göndərmək istəyir
“Real”ın yarımmüdafiəçisi Franko Mastantuono yay transfer dövründə İtaliyaya yollana bilər.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, “kral klubu” 18 yaşlı futbolçunun daha çox oyun vaxtı qazanması üçün onu icarəyə göndərmə variantını nəzərdən keçirir. Bu istiqamətdə əsas təkliflərdən biri “Yuventus”dan gəlib.
Mastantuono “Real”a 2025-ci ildə “River Pleyt”dən transfer olunub və klubla müqaviləsinin müddəti 2031-ci ilin iyununa qədərdir.
Argentinalı futbolçu 2025/26 mövsümündə “Real”ın heyətində 35 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



