“Mançester Siti” Vinisiusu transfer etməyin yollarını axtarır

“Real”ın hücumçusu Vinisius Junior İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” braziliyalı futbolçunun transferində ciddi şəkildə maraqlıdır. İngiltərə klubunun rəhbərliyi Vinisiusun müqavilə vəziyyətini izləyərək, gələn yay onun transferini reallaşdırmaq üçün fürsət axtarır.

Bildirilir ki, “şəhərlilər” mümkün keçid üçün artıq vəziyyəti araşdırmağa başlayıblar və futbolçunu heyətə qatmaq niyyətləri ciddidir.

Vinisius 2018-ci ildə “Flamenqo”dan Madrid klubuna 45 milyon avroya transfer olunmuşdu. Onun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. 26 yaşlı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button