
“Barselona”nın qapıçı transferində gecikməsinin səbəbi bilindi
“Barselona”nın “Real Sosyedad”ın qapıçısı Aleks Remironu hələ də transfer etməməsinin səbəbi üzə çıxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ilk növbədə hazırkı qapıçıları ilə bağlı məsələləri həll etməlidir. Xüsusilə, yüksək maaşı səbəbindən Mark-Andre ter Ştegenin gələcəyi qeyri-müəyyən olaraq qalır.
Bundan əlavə, Voyçex Şçesnının müqaviləsində 2 milyon avro qarşılığında satınalma maddəsi yer alır. Klubun Remiro ilə bağlı yekun qərar verməzdən əvvəl bu məsələlərə aydınlıq gətirmək istədiyi bildirilir.
Remiro “Barselona”ya keçidə açıqdır, ancaq o, gələcəyi ilə bağlı hələ son qərarını verməyib. 31 yaşlı qolkiper düşünmək üçün vaxt istəyir.
İspaniyalı qolkiper ötən mövsüm bütün turnirlərdə 39 oyunda meydana çıxıb, 62 qol buraxıb və 4 matçda qapısını toxunulmaz saxlaya bilib.
Bizi Facebook-da izləyin



