
DÇ-2026: “Bu mərhələdə Mərakeş əsas rəqibimiz hesab olunur”
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti dünya çempionatının qrup mərhələsinin ilk turunda Mərakeşə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında Mərakeş yığmasını qrupdakı əsas rəqib kimi qiymətləndirib və qarşılaşmanın böyük əhəmiyyət daşıdığını deyib:
“Bu mərhələdə Mərakeş bizim əsas rəqibimiz hesab olunur. Bu, qrupda birinci yer uğrunda həlledici oyun olacaq. Qrup qalibi pley-off mərhələsində daha münasib rəqiblərlə qarşılaşacağı səbətə düşür”.
Braziliya və Mərakeş milliləri arasında oyun iyunun 13-dən 14-nə keçən gecə baş tutacaq.
Bu gün start götürəcək 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.
Bizi Facebook-da izləyin



