Azərbaycan yığmalarının seçmə mərhələdəki rəqibləri bəlli oldu

Azərbaycanın 17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalarının 2026/2027 mövsümü üzrə Avropa çempionatının I mərhələsindəki rəqibləri müəyyənləşib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan U-17 İrlandiya, Kosovo və Albaniya yığmaları ilə mübarizə aparacaq.

B Liqasının 3-cü qrupunda qərarlaşan U-19 isə Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə qarşılaşacaq.

Oyunlar bu ilin payızında baş tutacaq. Matçların keçiriləcəyi ölkələr və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button