“Real”a görə millidən kənarda qaldı
“Real”ın futbolçusu Luka Yoviç Serbiya milli komandasının yoxlama oyununda Paraqvay və AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Litva ilə qarşılaşacağı oyunlara çağırılmayıb.
Komanda.az xəbər verir ki, bu yay “Ayntraxt”dan “Real”a keçən hücumçunun milliyə dəvət almamasına səbəb, onun “kral klubu”nda kifayət qədər şans qazanmamasıdır. Bu barədə Serbiya milli komandasının baş məşqçisi Lyubişa Tumbakoviç açıqlama verib.
Yoviç bu mövsüm “Real”la 7 qarşılaşmada iştirak edib və qol vura bilməyib.
Serbiya millisi oktyabrın 10-da Paraqvay, 14-də isə Litva ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin