
“Karvan-Yevlax” ingiltərəli yarımmüdafiəçi ilə vidalaşdı
“Karvan-Yevlax” klubu futbolçusu Kayl Spenslə vidalaşıb.
Komanda.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisi məlumat yayıb.
Klub müqaviləsinin müddəti bitən ingiltərəli yarımmüdafiəçi ilə yenidən anlaşmağa ehtiyac duymayıb.
Spens son mövsümdə komandanın heyətində 34 oyuna çıxıb, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
“Karvan-Yevlax” Misli Premyer Liqasında 2025/2026 mövsümünü sonuncu – 12-ci pillədə başa vuraraq 1-ci Liqaya yuvarlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



