Kapitan PSJ-nin qərarını gözləyəcək

PSJ-nin müdafiəçisi və kapitanı Markinyos yay transfer dövründə komandadan ayrılmağı planlaşdırmır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mediada braziliyalı futbolçu ilə bağlı yayılan transfer şayiələrinə baxmayaraq, o, növbəti mövsümdə də Paris təmsilçisinin şərəfini qorumaq istəyir.

Bununla belə, futbolçunun gələcəyi PSJ-nin mövqeyindən asılı olacaq. Klubun yeni mərkəz müdafiəçisi axtarışlarını intensivləşdirdiyi bildirilir.

Markinyos PSJ-yə 2013-cü ildə “Roma”dan 31 milyon avroya transfer olunub. Onun müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədərdir. 31 yaşlı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button