“Barselona” Kanselonu saxlamağa çalışacaq

Joao Kanselo karyerasını yenidən “Barselona”da davam etdirməyə yaxındır.

Portuqaliyalı müdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında Kataloniya təmsilçisində keçirərkən özünü yaxşı tərəfdən göstərərək, klub rəhbərliyini razı sala bilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün əlamətlər 32 yaşlı futbolçunun daimi əsaslarla “Barselona”ya transfer olunacağını göstərir.

Ancaq bu keçid yeni mövsümün startından sonra reallaşa bilər. Belə ki, Kanselonun hazırkı klubu “Əl-Hilal”la həll etməli olduğu bəzi məsələlər qalır və prosesin yaxın günlərdə yekunlaşacağı gözlənilmir.

Müdafiəçi ötən mövsüm Hans-Diter Flikin komandasında keçirdiyi 23 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button