
Rüdigerlə yeni müqavilə imzalanacaq
“Real” rəhbərliyi komandanın müdafiəçisi Antonio Rüdigerlə yeni müqavilə imzalamaq qərarına gəlib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “kral klubu” 33 yaşlı futbolçunun sözləşməsinin müddətini daha bir il uzatmağı planlaşdırır.
Yeni müqavilənin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub. Hazırkı anlaşma isə yayda başa çatacaq.
Rüdiger 2022-ci ildə Madrid təmsilçisinə qoşulub və qısa zamanda komandanın əsas fiqurlarından birinə çevrilib. Onun bazar dəyəri hazırda 9 milyon avro qiymətləndirilir.
Almaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 26 oyunda meydana çıxıb və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



