Mbappe klub prezidentini müdafiə etdi

“Real”ın forvardı Kilian Mbappe klub prezidenti Florentino Peres haqqında fikirlərini bölüşüb. Bəzi azarkeşlər komandanın uğursuzluqları və paltardəyişmə otağındakı qalmaqallar fonunda Madrid klubunun rəhbərliyindən narazıdır.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, lakin fransalı futbolçunun fikri tamamilə fərqlidir:

“Florentino Peres öz sahəsində dünya miqyasında ən yaxşısıdır. Onun olması bizim üçün çox böyük şansdır. Onun “Real” üçün etdiklərini unutmamalıyıq”.

Madrid klubu son turda evdə Qonsalo Qarsiya və Çud Bellingemin qolları sayəsində “Ovyedo”nu 2:0 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button