Tanınmış futbolçu fahişələrlə əyləncə təşkil edib – Hətta onları daşımaq üçün avtobus da alıb

“Milan”ın sabiq müdafiəçisi Teo Hernandes haqda maraqlı iddialar səsləndirilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunun keçmiş sürücüsü açıqlamasında ciddi iddialar səsləndirib.

Sürücünün sözlərinə görə, Hernandes gecə əyləncələri təşkil edir, bu məclislərə eskort qadınlar dəvət olunur və “əyləncə qazı” kimi tanınan azot oksidindən istifadə edilirmiş. İddialara əsasən, o, hətta fahişələri bir yerdən digərinə daha asan daşımaq üçün mikroavtobus da alıb. Məclislərdə oyunçular şarlardan azot oksidi çəkiblər və sonra qiyməti 1500 avrodan 2500 avroya qədər dəyişən eskortların əhatəsində UEFA Çempionlar Liqasının himnini səsləndiriblər.

Həmin gecələrdə Hakan Çalhanoğlu, Brahim Dias, Samu Kastello, Canluici Donnarumma, Sandro Tonali, Rafael Leao və Zlatan İbrahimoviç (keçmiş futbolçu) kimi futbolçuların da iştirak etdiyi iddia olunur.

28 yaşlı futbolçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Qadisiyə” klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button