
Alaba “Real”dan ayrılır
“Real” yay transfer dövründə bir futbolçusu ilə ayrılığa hazırlaşır.
Komandanın müdafiəçisi David Alaba ilə müqavilənin müddətinin uzadılmayacağı bildirilib və o, mövsümün sonunda azad agent kimi klubdan ayrılacaq.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, Madrid təmsilçisinin bu qərarı həm heyətdə yenilənmə, həm də maliyyə balansının yaxşılaşdırılması məqsədi daşıyır. Bu addım nəticəsində klubun maaş büdcəsində təxminən 25 milyon avro boşluq yaranacaq.
33 yaşlı Alaba “Real”a 2021-ci ildə, “Bayern”dən sərbəst agent kimi keçmişdi. Onun müqaviləsinin müddəti bu ilin 30 iyununa qədərdir.
Avstriyalı müdafiəçi bu mövsüm Madrid təmsilçisində 14 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



