Almaniya millisinin sabiq futbolçusu karyerasını bitirdi

“Borussiya”nın (Dortmund) futbolçusu Niklas Süle karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, 30 yaşlı müdafiəçi bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib.

Almaniya millisinin sabiq üzvü aprelin 18-də “Hoffenhaym”a uduzduqları (1:2) oyunda zədələndikdən sonra bu qərarı verib.

2022-ci ildən Dortmund təmsilçisində çıxış edən Niklas Süle daha əvvəl “Bayern”in heyətində 5 dəfə Bundesliqanın, 1 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button