Neymar məşqdə gərginlik yaratdı, daha sonra üzr istədi

“Santos”un məşqində xoşagəlməz hadisə baş verib. Komandanın hücumçusu Neymarla 18 yaşlı Robinyo arasında münaqişə yaranıb.

Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, vaxtilə “Barselona” və PSJ formasını geyinmiş Neymar məşq zamanı gənc futbolçuya badalaq vurub.

Bundan sonra tərəflər arasında sözlü mübahisə yaranıb və futbolçular bir-birini itələməyə başlayıb. İnsident qısa zamanda həllini tapıb. Neymar sərt reaksiyasına görə komanda yoldaşından üzr istəyib.

“Santos” növbəti oyununu mayın 6-da, Cənubi Amerika kuboku çərçivəsində Paraqvayın “Rekoleta” komandasına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button