
Bakıda yerləşən stadionun təbii ot örtüyünün yenilənməsi işləri başlayıb
“Liv Bona Dea Arena”da təbii ot örtüyünün yenilənməsi məqsədilə genişmiqyaslı renovasiya işlərinə başlanılıb.
Bu barədə Komanda.az-a AFFA-dan məlumat verilib.
Aparılan işlər UEFA-nın “Hat-Trick” layihəsi çərçivəsində həyata keçirilir və stadionun infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir.
Layihə çərçivəsində meydanın keyfiyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və oyun şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



