“Oliseni heç vaxt satmayacağıq” – “Bayern” rəsmisi

“Bayern”in idman direktoru Maks Eberl, komandanın hücumçusu Mikael Olise ilə bağlı yayılan transfer şayiələrinə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi bu şayiələri inkar edib:

“Olise bizim toxunulmaz oyunçumuzdur. Biz onu heç vaxt satmayacağıq. Onu bir saniyə belə, satmağı düşünməzdik”.

Olise 2024-cü ildə 53 milyon avro qarşılığında “Kristal Pelas”dan “Bayern”ə transfer olunub. Fransalı futbolçunun klubla müqaviləsinin müddəti 30 iyun 2029-cu ilə qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button