
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərindəki baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
İclasda UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə qaydalarda nəzərdə tutulmuş dəyişikliklər, həmçinin, müasir futbolun aktual mövzularından olan çoxsaylı klub sahibliyi (multi-club ownership) məsələləri əsas müzakirə predmeti olub.
Elçin Məmmədov səfər çərçivəsində həmçinin, UEFA-nın müxtəlif departament rəhbərləri ilə işgüzar görüşlər keçirərək, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



