
Ziyadov Avropa Badmintonu Direktorlar Şurasının üzvü seçilib
Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Avropa Badmintonu Direktorlar Şurasının üzvü seçilib.
Bu barədə Komanda.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Qurumun hesabat-seçki konfransı Danimarkanın Horsens şəhərində keçirilib.
Ziyadov səsvermənin nəticələrinə əsasən Avropa Badmintonu Direktorlar Şurasının üzvü seçilib.
O, 2026–2030-cu illərdə qurumun idarəçiliyində Azərbaycanı təmsil etmək hüququ qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



