
“Çelsi” “Sanderlend”in futbolçusu üçün danışıq aparır
“Sanderlend”in yarımmüdafiəçisi Noah Sadiki “Çelsi”yə keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” 21 yaşlı futbolçuyla müqavilə imzalamaq üçün danışıqlar aparır. Ötən həftə klubun rəhbərliyi ilə yarımmüdafiəçinin nümayəndələri arasında yeni danışıqlar baş tutub.
Sadiki 2025-ci ildə 17 milyon avroya Belçikanın “Union” klubundan “Sanderlend”ə keçib. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsinin müddəti 30 iyun 2030-cu ilə qədərdir. O, bu mövsüm komandanın heyətində bütün yarışlarda 29 oyunda meydana çıxıb və qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



