“Barselona”nın futbolçusu narazıdır

“Barselona”nın yarımmüdafiəçisi Runi Bardqi az oyun praktikası baxımından əziyyət çəkdiyi üçün komandadakı gələcəyini müzakirə mövzusuna çevirib. Bu vəziyyətdən isə Avropanın bir neçə klubu yararlanmaq istəyir.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, “Portu”, “Monako” və “Ştuttqart” isveçli futbolçunun durumunu yaxından izləyir.

“Barselona” isə öz növbəsində, 20 yaşlı oyunçunu itirmək istəmir və onu gələcəyin layihəsi kimi görür. Ancaq hazırkı vəziyyətdən çıxış yolu tapılmasının lazım olduğu da vurğulanır.

Runi daha çox inkişaf potensialı olan istedad kimi qiymətləndirilir və onunla bağlı qərarın yaxın zamanda verilməsi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button