“Gəncə” evdə “Ordu”nu məğlub etdi

“Gəncə” Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyununda qələbə qazanıb.

Komanda.az xəbər verir ki, Halil Atlının baş məşqçisi olduğu komanda “Ordu” ilə üz-üzə gəlib. Gəncə İdman Sarayında keçirilən qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib – 85:78.

İlk görüşdə “Ordu” qələbə qazandığı (108:106) üçün yarımfinala yüksələcək komanda üçüncü görüşdə müəyyənləşəcək.

Günün ikinci matçında NTD və “Neftçi” münasibətlərə aydınlıq gətirəcək. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. NTD ilk dueldə qalib gəlib – 97:94.

1/4 final mərhələsinin digər qarşılaşmaları aprelin 17-də baş tutacaq. Cütlərdə iki qələbəyə çatan tərəf yarımfinala yüksələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button