ÇL: “Ya hər şey, ya heç nə”

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem “Bayern”lə keçiriləcək UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu öncəsi fikirlərini bölüşüb. Madrid təmsilçisi ilk oyunda evdə 1:2 hesabı ilə məğlub olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu çətin oyun olacağını bildirib:

“Çətin oyun olacaq və hesabda geri düşməyimiz öz günahımızdır. Qarşılaşma uzun olacaq, amma ilk dəqiqələrdən düzgün oyun qurmalıyıq”.

Bellingem bu matçı “final” kimi dəyərləndirib:

“Hər məğlubiyyət bizim üçün faciədir. Bu oyun isə sanki finaldır – ya hər şey, ya heç nə. Gizlənməyəcəyik, qələbəyə inanırıq, çünki başqa seçimimiz yoxdur.”

O əlavə edib ki, bu qarşılaşma mövsümün taleyini həll edə bilər:

“La Liqadakı vəziyyətimizi və kubokdan kənarda qaldığımızı nəzərə alsaq, bu matç bizim üçün son dərəcə vacibdir. Çempionlar Liqasını qazanmaq istəyirik və bunun üçün sonadək mübarizə aparacağıq”.

Münhendə keçiriləcək “Bayern” – “Real” matçı bu gün saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button