İtaliya klubu Rüdiger üçün danışıqlara başlayıb

Almaniya millisinin və “Real”ın müdafiəçisi Antonio Rüdiger yay transfer dövründə La Liqanı İtaliya çempionatına dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” 33 yaşlı futbolçunu heyətinə qatmaq üçün ilkin danışıqlara başlayıb. Turin təmsilçisi Rüdigerə iki illik müqavilə təklif etməyə hazırdır. Almaniyalı müdafiəçinin “kral klubu” ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Rüdiger cari mövsümdə 17 oyun keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button