“Bayern” ingiltərəli futbolçu ilə maraqlanır

“Bayern” “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Andersonla maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

23 yaşlı futbolçuya transfer bazarında böyük tələbat olduğu bildirilir. “Mançester Yunayted”, “Mançester Siti” və “Çelsi”nin də onunla maraqlandığı barədə şayiələr yayılıb.

İngiltərəli yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 30 oyun keçirib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button