“Çelsi” argentinalı futbolçu ilə vidalaşa bilər

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes yay transfer dövründə komandasını dəyişə bilər. Artıq bir neçə aydır ki, onun mümkün gedişi ilə bağlı xəbərlər yayılır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun cari mövsümün sonunda 25 yaşlı yarımmüdafiəçini satmaq ehtimalı kifayət qədər yüksəkdir. Argentina millisinin üzvünə əsas namizəd “Real”dır.

O, bu mövsüm “Çelsi” forması ilə bütün turnirlərdə 44 oyunda meydana çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button