Qyokereşdən 16 yaşlı futbolçuya “bəy tərifi”

“Arsenal”ın hücumçusu Viktor Qyokereş komanda yoldaşı, 16 yaşlı cinah oyunçusu Maks Doumanın oyunu barədə fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçu haqda bunu deyib:

“Maks Douman inanılmazdır. Onun necə oynadığını görə bilərsiz. Topu qəbul edərkən həmişə sakit olur və lazımsız stress olmadan oynayır. O, həmişə düzgün qərar verməyə çalışan fantastik oyunçudur. Biz onu dəstəkləyirik”.

Douman “Arsenal”ın öz yetirməsidir. O, bu mövsüm əsas komandada 7 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button