
İngiltərə klubu Rüdigeri heyətinə qatmağı planlaşdırır
“Arsenal” yayda “Real”ın müdafiəçisi Antonio Rüdigeri heyətinə qatmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Madrid klubu 33 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmağa tələsmir. Rüdiger bu səbəbdən iyulda azad agentə çevrilə bilər. “Arsenal” rəhbərliyi onun təcrübəsinin və liderlik keyfiyyətlərinin komanda üçün çox faydalı olacağına inanır.
Almaniyalı futbolçu “Real”a 2022-ci ilin yayında “Çelsi”dən transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



