
“Biz Çempionlar Liqasında olmalıyıq!”
“Liverpul”un müdafiəçisi Vircil van Dayk komandanın gələn mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsi ehtimalı barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu hədəflərinin çox yüksək olduğunu bildirib:
“Bu, yay transfer dövrünə yüz faiz təsir edəcək. Hədəflər çox yüksəkdir. Dinləyin, “Liverpul”da oynayırsızsa, həmişə Çempionlar Liqasında olmalısız. Biz Çempionlar Liqasında olmalıyıq!”
“Liverpul” İngiltərə Premyer Liqasının 29-cu turunda “Vulverhempton”a 1:2 hesabı ilə məğlub olub. Komanda hazırda 48 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
İngiltərə Premyer Liqasından ilk beş komanda Çempionlar Liqasına birbaşa vəsiqə qazanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



