“Real”ın futbolçusu 2-3 oyunluq cəzalandırıla bilər

“Real”ın yarımmüdafiəçisi Franko Mastantuono komandasının qarşıdakı oyunlarını buraxa bilər.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Argentinalı futbolçu İspaniya çempionatının 26-cı turunun “Xetafe” ilə ev oyununda qırmızı vərəqə aldığı üçün cəzalandırılacaq. O, hakimlə mübahisə etdiyinə görə La Liqanın iki və ya üç oyununda diskvalifikasiya ilə üzləşə bilər.

“Kral klubu” “Xetafe” ilə matçda 0:1 hesablı məğlubiyyətlə üzləşib.

Mastantuono bu mövsüm İspaniya çempionatında 16 oyunda iştirak edib, 1 qol vurub. Onun komandası La Liqada 60 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button