
Azarkeşlər “Real”ın prezidentinin istefasını tələb etdilər
“Real” İspaniya çempionatının 26-cı turunda evdə sensasiyalı məğlubiyyətlə üzləşib. Madrid klubu “Xetafe”yə 0:1 hesabı ilə uduzub.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, hakimin final fitindən sonra azarkeşlər klubun prezidenti Florentino Peresin istefasını tələb ediblər.
“Santiyaqo Bernabeu”nun tribunalarına toplaşan fanatlar, rəhbərliyin dəyişdirilməsi ilə bağlı şüarlar səsləndiriblər.
Alvaro Arbeloanın çalışdırdığı komanda hazırda 60 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Kral klubu” lider “Barselona”dan 4 xal geri qalır. Komanda növbəti turda səfərdə “Selta” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



